Avro-2024: Serbiya millisinin 7 azarkeşi həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Avro-2024: Serbiya millisinin 7 azarkeşi həbs edildi

İdman

17 İyun 2024 11:29 376


Avro-2024-ün qrup mərhələsinin 1-ci turunun Serbiya - İngiltərə oyunu öncəsi qalmaqal yaşanıb. 

Yenisabah.az xəbər verir ki, Gelzenkirxendə (Almaniya) ingilis və serb azarkeşlər arasında dava olub. İngiltərəli azarkeşlər serbiyalı fanatların olduğu bara hücum ediblər. Daha sonra hər iki komandanın fanatları bir-birlərinə əşyalar atıblar. 

Davadan sonra yeddi serbiyalı azarkeş həbs edilib. Fanatlardan birinə ağır bədən xəsarəti yetirmək maddəsi ilə cinayət işi açılıb.  pizza hut

Xatırladaq ki, ötən gecə İngiltərə yığması Serbiyaya 1:0 hesabı ilə qalib gəlib. Növbəti mərhələdə İngiltərə yığması Danimarka, Serbiya isə Sloveniya ilə qarşılaşacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!