Bu gün Avro-2024-ün qrup mərhələsində 2-ci tura yekun vurulacaq.
Yenisabah.az xəbər verir ki, E və F qruplarında ümumilikdə 3 matç keçiriləcək.
Əvvəlcə F qrupunda Gürcüstan Çexiya ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. pizza mizza
Bu gün qardaş ölkə Türkiyənin də milli komandası növbəti oyununa çıxacaq. Vinçenzo Montellanın kollektivini Portuqaliyaya qarşı çətin matç gözləyir. Bu oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
İlk turda F qrupunda Portuqaliya Çexiyaya, Türkiyə isə Gürcüstana qalib gəlib.
E qrupunda isə Belçika Rumıniya ilə qarşılaşacaq. Görüş saat 23:00-da start götürəcək.
Avro-2024, qrup mərhələsi, 2-ci tur
F qrupu
17:00. Gürcüstan - Çexiya
Baş hakim: Daniel Siebert (Almaniya)
"Volkspaarkstadion"
20:00. Türkiyə - Portuqaliya
Baş hakim: Feliks Zvayer (Almaniya)
E qrupu
23:00. Belçika - Rumıniya
Baş hakim: Simon Marçinyak (Polşa)
Telegram kanalımız