Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunda Slovakiya Ukrayna ilə qarşılaşıb.
Yenisabah.az xəbər verir ki, E qrupunun görüşündə ukraynalılar qələbə qazanıblar - 2:1.
Oyunda hesabı 17-ci dəqiqədə slovakiyalılar açsa da, üstünlüyü qoruya bilməyiblər. 54-cü dəqiqədə "status kvo" bərpa olunub. Nikolay Şaparenko adını tabloya yazdırıb. Ukrayna yığmasına qələbə qazandıran qola isə 80-ci dəqiqədə Roman Yaremçuk imza atıb. Marqarita pizza
Telegram kanalımız