AVRO-2024-ün final mərhələsinin püşkü atıldı

saytların hazırlanması

Evə çatdırılma

AVRO-2024-ün final mərhələsinin püşkü atıldı

İdman

02 Dekabr 2023 22:09 1492


2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

Yenisabah.az xəbər verir ki, Hamburqda gerçəkləşən tədbirə 21 milli komanda qatılıb.

Turnirin açılış matçı Almaniya və Şotlandiya yığmaları arasında gerçəkləşəcək. Marqarita pizza

A qrupu: Almaniya, Macarıstan, Şotlandiya, İsveçrə

B qrupu: İspaniya, Albaniya, Xorvatiya, İtaliya

C qrupu: İngiltərə, Danimarka, Sloveniya, Serbiya

D qrupu: Fransa, Avstriya, Niderland, A Yolunda pley-off qalibi (Polşa, Uels, Finlandiya, Estoniya millilərindən biri)

E qrupu: Belçika, Rumıniya, Slovakiya, B Yolunda pley-off qalibi (İsrail, Ukrayna, İslandiya və Bosniya və Herseqovina millilərindən biri)

F qrupu: Portuqaliya, Türkiyə, Çexiya, C Yolunda pley-off qalibi (Gürcüstan, Yunanıstan, Lüksemburq, Qazaxıstan millilərindən biri) 

AVRO-2024-ə son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!