Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Xorvatiya və Albaniya yığmaları üz-üzə gəliblər.
Yenisabah.az xəbər verir ki, Hamburq şəhərində keçirilən oyun məsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.
Matçda Albaniya hesabı açsa da, xorvatlar ikici hissədə 2 qol vuraraq önə keçiblər. Lakin Xorvatiya millisi üstünlüyünü sona qədər qoruya bilməyib. 90+5-ci dəqiqədə albanlar bərabərlik qolunu vurublar. Dominos pizza
Qeyd edək ki, xorvatlar B qrupunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olub.
Telegram kanalımız