Avro-2024: İspaniya İtaliyaya, İngiltərə Danimarkaya qarşı

saytların hazırlanması

Evə çatdırılma

Avro-2024: İspaniya İtaliyaya, İngiltərə Danimarkaya qarşı

İdman

20 İyun 2024 10:53 589


Avro-2024-də qrup mərhələsinin 2-ci turu davam edir. 

Yenisabah.az xəbər verir ki, bu gün çempionatda 3 matç keçiriləcək. Əvvəlcə C qrupunda Sloveniya Serbiya ilə qarşılaşacaq.

Eyni qrupda Danimarka İngiltərənin müqavimətini qırmağa çalışacaq. Bu qrupda 1-ci turda Sloveniya Danimarka ilə heç-heçə edib (1:1), İngiltərə isə Serbiyaya qalib gəlib (1:0).  Sezar pizza

Günün maraqla gözlənilən matçı B  qrupunda keçiriləcək. Burada İspaniya millisi son Avropa çempionu İtaliya ilə üz-üzə gələcək. 

İspaniya ilk turda Xorvatiyanı (3:0), İtaliya isə Albaniyanı (2:1) məğlub edib.

Avro-2024, qrup mərhələsi, 2-ci tur

20 iyun

C qrupu

17:00. Sloveniya - Serbiya 

Baş hakim: İştvan Kovaç (Rumıniya).

Münhen, "Alyans Arena".

20:00. Danimarka - İngiltərə 

Baş hakim: Artur Diaş (Portuqaliya).

Frankfurt, "Valdştadion".

N    Komandalar    O    Q    H    M    T-F    X

1    İngiltərə    1    1    0    0    +1    3

2    Danimarka    1    0    1    0    0    1

3    Sloveniya    1    0    1    0    0    1

4    Serbiya    1    0    0    1    -1    0

B qrupu 

23:00. İspaniya - İtaliya 

Baş hakim: Slavko Vinçiç (Sloveniya).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!