Avrokubok oyunları bu telekanallarda yayımlanacaq

saytların hazırlanması

Evə çatdırılma

Avrokubok oyunları bu telekanallarda yayımlanacaq

İdman

30 Avqust 2023 14:33 479


2023/2024 mövsümündə avrokubokların oyunları Azərbaycanın iki telekanalında yayımlanacaq. 

Yenisabah.az-ın məlumatına görə, azarkeşlər UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının matçlarını “CBC Sport” və İTV-dən izləyə biləcəklər. 

“Saran Media” və ölkə ərazisində turnirin əsas yayımçısı “CBC Sport”la əldə olunan razılaşma əsasında qeyd olunan turnirlərdə yarımfinal mərhələsinə kimi paralel keçiriləcək görüşlər İTV-nin canlı efirində təqdim olunacaq. Anlaşmaya əsasən, hər oyun həftəsində 3 qarşılaşma İTV-də yayımlanacaq.  Dominos pizza

Artıq bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) - “Rakuv” (Polşa) görüşünü saat 23:00-dan etibarən İTV-dən izləmək mümkün olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!