Məşq etmələrinə icazə verilən klublar yenidən koronavirus testindən keçəcəklər.
Yenisabah.az xəbər verir ki, 2020/2021 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək "Qarabağ", "Neftçi", "Keşlə" və "Sumqayıt"ın futbolçularından, məşqçilərindən və əməkdaşlarından təkrar analiz götürüləcək.
Testlər əvvəlki kimi ödənişli olacaq. Pepperoni pizza
Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün avrokuboklara qatılacaq komandaların sərt karantin rejiminin tətbiq olunmadığı bölgələrdə məşq etmələrinə icazə verib.
Yeni mövsümdən "Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında iştirak edəcək.
Telegram kanalımız