Xəbər verdiyimiz kimi, UEFA maliyyə feyr-pley qaydalarını pozmasını əsas gətirərək "Mançester Siti"ni 2020/2021 və 2021/2022 mövsümləri üçün Avropa kuboklarından kənarlaşdırıb.
"Yeni Sabah" "Daily mail"a istinadən xəbər verir ki, qərardan narazı olan "şəhərlilər" Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bəyanatda bildirilir ki, qərardan narazı olan "Siti" rəhbərliyi bu barədə şikayət məktubu yazacaq.
Xatırladaq ki, İngiltərə təmsilçisi eyni zamanda, 30 milyon avro dəyərində cərimələnib. Telegram kanalımız