Avroliqada finalçılar müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

Avroliqada finalçılar müəyyənləşdi

İdman

06 May 2022 00:57 288


Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Yenisabah.az xəbər verir ki, "Leyptsiq" ilk matçda 1:0 hesabı ilə məğlub etdiyi "Reyncers"lə bu dəfə Şotlandiyada üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Reyncers" iki oyunun nəticəsinə görə 3:2 hesabı ilə qalib gələrək finala adlayıb. 

İlk görüşdə "Vest Hem"ə 2:1 hesabı ilə qalib gələn "Ayntraxt" isə İngiltərə təmsilçisini doğma meydanda qəbul edib. Frankfurt klubu minimal hesablı qələbə qazanıb və finala vəsiqə əldə edib.  Toyuqlu pizza

Beləliklə Avropa Liqasında 2021/22 mövsümünün finalında "Reyncers" "Ayntraxt"la qarşılaşacaq. Mayın 18-i Sevilyadakı "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

UEFA Avropa Liqası, yarımfinal


Cavab oyunları

5 may

23:00. "Reyncers" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) - 3:1

Qollar: Tavernier, 18, Kamara, 24, Lundstram, 80 - Nkunku, 70

Baş hakim: Artur Diaş (Portuqaliya)

Qlazqoda, "Aybroks" stadionu

İlk oyun - 0:1

23:00. "Ayntraxt" Frankfurt (Almaniya) - "Vest Hem" (İngiltərə) - 1:0

Qol: Borre, 26

Baş hakim: Xesus Hil Mansano (İspaniya)

Frankfurt, "Frankfurtştadion"

İlk oyun - 2:1

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!