Bu gün Avropa Liqasında finalçılar müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, yarımfinalın cavab oyununda "Sevilya" "Yuventus"la qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada daha 1 qol vuran İspaniya klubu 2:1 hesabı ilə (ilk oyun - 1:1) qalib gələrək finala yüksəlib.
Həlledici oyunda "Sevilya" və "Roma" üz-üzə gələcək. Dördpendirli pizza
Qeyd edək ki, Avroliqanın finalı mayın 31-i Macarıstanda keçiriləcək.
18 may
23:00. "Sevilya" (İspaniya) - "Yuventus" (İtaliya) - 2:1
Qollar: Suso, 71, Lamela, 95 - Vlahoviç, 65
Qırmızı vərəqə: Akunya, 115 ("Sevilya")
Baş hakim: Denni Makkeli (Niderland)
İlk oyun - 1:1
Telegram kanalımız