Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.
Yenisabah.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçirlib. Dörd qarşılaşmadan üçü eyni hesablı heç-heçə ilə başa çatıb.
"Leyptsiq" "Atalanta" ilə, "Barselona" "Ayntraxt"la, "Vest Hem" "Lion"la 1:1 hesablı heç-heçə edib. "Braqa" isə "Reyncers"ə 1:0 hesabı ilə qalib gəlib. pizza sifarişi
Qeyd edək ki, bu komandalar arasında cavab görüşləri aprelin 14-də oynanılacaq.
Avropa Liqası, 1/4 final
İlk oyunlar
7 aprel
20:45. "Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya) - 1:1
Qollar: Zappakosta, 58-avtoqol - Muriel, 17
23:00. "Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya) - 1:1
Qollar: Knauff, 48, - Torres, 66
23:00. "Vest Hem" (İngiltərə) - "Lion" (Fransa) - 1:1
Qollar: Bouen, 52, - Ndombele, 66 (1:1)
23:00. "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) - 1:0
Qol: Ruiz, 40
Telegram kanalımız