Avropa Ağır Atletika Federasiyası Ermənistanı qınadı

saytların hazırlanması

Evə çatdırılma

Avropa Ağır Atletika Federasiyası Ermənistanı qınadı

İdman

15 Aprel 2023 18:44 1033


“Avropa Ağır Atletika Federasiyası aprelin 14-də İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı bir nəfərin Azərbaycan bayrağını yandırması hadisəsini kəskin şəkildə pisləyir”.

Yenisabah.az xəbər verir ki, bu barədə Avropa Ağır Atletika Federasiyasının (EWF) məlumatında deyilir.

Məlumatda bildirilir ki, EWF bu son dərəcə ciddi və acınacaqlı jesti idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə hücum kimi qiymətləndirir: Dominos pizza

“EWF bu hadisəni diqqətdən kənarda qoymur və baş verənlər kontekstində əlavə tədbirlərin görülməsi imkanlarını nəzərdən keçirəcək. EWF Azərbaycan milli komandası və Azərbaycan Federasiyası ilə həmrəylik nümayiş etdirir”./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!