Avropa birinciliyi: Daha iki boksçumuz mübarizəyə qoşulur

saytların hazırlanması

Evə çatdırılma

Avropa birinciliyi: Daha iki boksçumuz mübarizəyə qoşulur

İdman

04 İyul 2021 11:43 895


Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.

Yenisabah.az xəbər verir ki, yarışın ikinci günündə 2 boksçumuz mübarizəyə qoşulacaq. Yığmamızın üzvü Nadir Məlikov (57 kq) Davide Pasçazionu (İtaliya), Fuad Babayev (60 kq) isə Asen Asenovu (Bolqarıstan) sınağa çəkəcək.

Qeyd edək ki, qitə birinciliyinin birinci günündə boksçularımızdan Mahir Süleymanov (52 kiloqram) slovakiyalı Dusan Bobekə qalib gələrək səkkizdəbir finala vəsiqə qazanıb. Dördpendirli pizza

Otuz ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!