Avropa Birliyi Belarusa qarşı sanksiyalar hazırlayıb – Siyahıda kimlər var?

saytların hazırlanması

Evə çatdırılma

Avropa Birliyi Belarusa qarşı sanksiyalar hazırlayıb – Siyahıda kimlər var?

Dünya

07 Sentyabr 2020 18:00 1109


Avropa Birliyi sentyabrın ortalarına qədər Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcək.

Yenisabah.az Modern.az-a istinadla xəbər verir ki, sanksiya siyahısına 31 belaruslu məmur, o cümlədən daxili işlər naziri Yuri Karayev daxil ediləcək.

“İlk siyahıda 14 nəfərin adı olsa da, əksər ölkələr bu sayın kifayət etmədiyini bildirdilər” - deyə mənbələrdən biri açıqlama yayıb. pizza hut

Siyahıda belarus xalqına şiddət tətbiq edən şəxslərin adı var. Prezident Aleksandr Lukaşenko sanksiya siyahısına daxil edilməyib.

Avropa Birliyinin xarici işlər nazirləri adları siyahıda olan şəxslərin bank hesablarını donduracaq və onların Birlik ərazisinə səfər etməsinə qadağa qoyacaq.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!