Avropa Birliyi Rusiyanın 17,5 milyard avro dəyərində aktivlərini dondurdu

saytların hazırlanması

Evə çatdırılma

Avropa Birliyi Rusiyanın 17,5 milyard avro dəyərində aktivlərini dondurdu

İqtisadiyyat

27 Oktyabr 2022 15:35 1680


“Rusiyaya qarşı sanksiyalar çərçivəsində Avropa Birliyi hazırda Rusiyanın 17,5 milyard avro dəyərində aktivlərini dondurub”.

Yenisabah.az xəbər verir ki, bu barədə oktyabrın 27-də ORF radiosunun efirində Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand məlumat verib.

"Biz irəliləyiş əldə etdik, apreldə təxminən 6,7 milyard avro ilə başladıq və bu gün bu məbləğ artıq 17,5 milyard avrodur", – deyib. pizza mizza

O, aydınlaşdırıb ki, söhbət sanksiyalar altında olan 1,350 şəxs və təşkilatın əmlakından gedir. Ən çox aktivlər Almaniya, Belçika, Fransa, Lüksemburq, İrlandiya, İtaliya və Avstriyada bloklanıb.

Eyni zamanda, Viqand Brüsseldəki diplomatik dairələrin Macarıstanda dondurulmuş Rusiya aktivlərinin məbləğinin bir neçə min avro təşkil etməsi ilə bağlı xəbərlərini şərh etməyib.

“Bütün bunlar sanksiyaların effektiv saxlanması məsələsidir ki, biz də buna nail olmağa çalışırıq. Biz öz işçi qrupumuzu yaratmışıq, onun çərçivəsində sanksiyaların və aktivlərin dondurulmasının effektiv tətbiqini təmin etmək üçün üzv dövlətlərlə müntəzəm işləyirik. Bir sıra üzv dövlətlər hələ də öz tapşırıqlarını yerinə yetirməlidirlər”, - Avropa Komissiyasının nümayəndəsi qeyd edib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!