Avropa Birliyi sərhədlərinin qorunmasını təşkil edən “Fronteks” komissiyası yeni islahat paketi hazırlayıb. Yeni islahat paketinə AB ərazisinə qanunsuz şəkildə daxil olmağa çalışan miqrantlara qarşı sərt qaydalar daxildir.
Yenisabah.az xəbər verir ki, yeni qaydaların təkcə Avropa Birliyini deyil, ümumi qitəni əhatə etməsi gözlənilir. “Fronteks” geri qaytarılması nəzərdə tutulan miqrantların ölkələrinə təhvilini də öz üzərinə götürəcək.
Qeyd edək ki, ötən il “qoca qitə”yə müxtəlif yollarla 3.2 milyona yaxın qeyri-qanuni miqrant gedib. Onların böyük bir hissəsi geri göndərilib. Marqarita pizza
Telegram kanalımız