Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəldi

İdman

05 Noyabr 2023 18:46 930


Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatının son günündə finala vəsiqə qazanıb.

Yenisabah.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Beynəlxalq Cüdo Federasiyasının (İJF) bayrağı altında çıxış edən Matvey Kanikovskiyə qalib gəlib.

Z.Kotsoyev həlledici görüşdə gürcüstanlı İlya Sulamanidze ilə qarşılaşacaq. Dördpendirli pizza

Millimizin digər üzvləri Murad Fətiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) isə medalsız qalıblar.

Qeyd edək ki, Avropa çempionatına 11 cüdoçu ilə yollanan Azərbaycan millisinin heyətində hələlik yalnız Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!