Avropa çempionatı: Azərbaycan millisi Yunanıstana qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

Avropa çempionatı: Azərbaycan millisi Yunanıstana qalib gəldi

İdman

22 Avqust 2023 21:55 650


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.

Yenisabah.az xəbər verir ki, C qrupunda yer alan yığmamız IV tur matçında Yunanıstanla üz-üzə gəlib.

İlk üç turdan sonra aktivində 3 xal olan komandaların duelindən Ataman Güneyligilin yetirmələri 3:2 (22:25, 25:19, 27:29, 25:18, 15:12) hesablı qələbə ilə ayrılıblar. Pepperoni pizza

Qeyd edək ki, Azərbaycan millisi qrupda son oyununu avqustun 23-də İsveçə qarşı keçirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!