Avropa çempionatı: Azərbaycanın daha 1 cüdoçusu medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Avropa çempionatı: Azərbaycanın daha 1 cüdoçusu medal qazandı

İdman

18 Noyabr 2023 21:59 960


Azərbaycanın daha 1 cüdoçusu Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər idmançılar arasında keçirilən Avropa çempionatında medal qazanıb.

Yenisabah.az xəbər verir ki, qitə birinciliyinin ikinci günündə mübarizəyə qoşulan 7 nəfərdən 1-i bürünc mükafata yiyələnib.

Bu, Məhərrəm İmamverdiyev (81 kq) olub. O, yarımfinalda məğlub olmasına baxmayaraq, üçüncü yer uğrunda görüşdə rəqibini üstələyib. pizza hut

Südabə Ağayeva (70 kq), Nərmin Əmirli (78 kq), Nigar Süleymanova (+78 kq), İsmayıl Zamanov (90 kq), Ruslan Nəsirli (100 kq) və Kənan Nəsibov (+100 kq) isə uğursuzluqla üzləşiblər.

Qeyd edək ki, ilk gündə Məhəmməd Musayev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73) və Aydan Vəliyeva (52 kq) bürünc medal qazanıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!