Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın son 3 cüdoçusü mübarizəyə qoşulub.
Yenisabah.az xəbər verir ki, yuxarı çəki dərəcələrində Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) çıxış ediblər.
Mehdiyev və Qasımov 1/4 final mərhələləsində uduzaraq, finala yüksələ bilməsələr də, bürünc medal görüşündə iştirak hüququ qazanıblar. Fəxri kürsünün 3-cü pilləsində yer almaq üçün onlar müvafiq olaraq, Kristian Tot (Macarıstan) və Daniel Ayx (İsveçrə) üzərində qələbə qazanmalıdırlar. pizza sifarişi
Yalnız ilk görüşündə qalib gələn Kokauri isə sonda 7-ci yerlə kifayətlənib.
Telegram kanalımız