Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu finala vəsiqə qazandı

saytların hazırlanması

Evə çatdırılma

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu finala vəsiqə qazandı

İdman

07 Sentyabr 2024 17:00 590


Azərbaycanın daha bir gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Yenisabah.az xəbər verir ki, Aslan Kotsoyev (90 kq) bu raundadək irəliləyə bilib.

Cüdoçumuz final görüşündə Milyan Raduljla (Serbiya) güləşəcək. Eyni çəkidəki Tuncay Şamil bürünc medal uğrunda görüşdə italiyalı Henri Ovusunun müqavimətini qırmağa çalışacaq. Dördpendirli pizza

+100 kq-dakı Kənan Nəsibov üçüncü yer uğrunda Tomas Raska ilə (Çexiya) münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, daha əvvəl Avropa çempionatında Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!