Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala yüksəldi

İdman

01 İyul 2023 20:24 1213


Azərbaycanın iki sərbəst güləşçisi İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında finala yüksəlib.

Yenisabah.az xəbər verir ki, 61 kq çəki dərəcəsində mübarizə aparan Ceyhun Allahverdiyev və 125 kq-da yarışan Yusif Dursunov həlledici görüşə vəsiqə qazanıblar.

Onlar yarımfinalda müvafiq olaraq ispaniyalı Mark Alvaresə (11:0) və ukraynalı Vladimir Koçanova (4:0) qalib gəliblər. pizza sifarişi

Finalda Allahverdiyev ermənistanlı Levik Mikayelyan, Dursunov isə türkiyəli Hakan Büyükccingillə qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!