Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal qazandı

İdman

16 Fevral 2024 22:44 1084


Azərbaycan güləşçisi Elis Manolova (65 kq) Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Yenisabah.az xəbər verir ki, 28 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə Almaniya təmsilçisi Anne Nurnbergeri rəqibini üstələyib.

Birgül Soltanova (62 kq) isə bürünc mükafat uğrunda dueldən məğlub ayrılıb. Toyuqlu pizza

Beləliklə, qadın güləşçilərimiz Avropa çempionatını 3 medalla başa vurublar. Daha əvvəl Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar.

Qeyd edək ki, yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!