Avropa Çempionatı: Boksçularımızın rəqibləri bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Avropa Çempionatı: Boksçularımızın rəqibləri bəlli oldu

İdman

12 Noyabr 2023 15:23 894


Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.

Yenisabah.az Boks Federasiyasına istinadla xəbər verir ki, 8 gün davam edəcək yarışda Azərbaycan milli komandasının idmançılarının da ilk rəqibləri bəlli olub.

Çempionatın ilk günündə Əzrək Bəbirov (57 kq) və Cəlal Qurbanov (63,5 kq) rinqə çıxacaqlar. pizza mizza

Avropa çempionatı

12 noyabr

1/16 final

Cəlal Qurbanov (63,5 kq) – Bartlomey Roskovij (Polşa)

1/8 final

Əzrək Bəbirov (57 kq) – Ariol Zeneli (Albaniya)

13 noyabr

1/16 final

Maqsud Xasmetov (60 kq) – Berat Çivelek (Türkiyə)

1/8 final

Nicat Hüseynov (51 kq) – Françesko Messineo (Almaniya)

Ruslan Qədirov (54 kq) – Tommaso Skiacca (İtaliya)

Seyid Seyidov (86 kq) – Yakub Strajevski (Polşa)

Mirxəyal Məmmədov (92 kq) – Mateuş Berezniçki (Polşa)

Aslan Mövsümova (+92 kq) – Nikita Putilov (Almaniya)

Zeynəb Rəhimova (54 kq) – Viktoriya Roqalinska (Polşa)

14 noyabr

1/8 final

İlqar Salahov (67 kq) – Fatih Kaya (Türkiyə)

Rəşid Həsənov (71 kq) – Dariuş Znamyeç (Polşa)/Corc Smoloviç (Monteneqro)

Daniel Xolostenko (75 kq) – Malek Semmo (Almaniya)

Murad Allahverdiyev (80 kq) – Kromvell Kommeyalfred (İtaliya)

15 noyabr

1/4 final

Mehparə Məmmədova (48 kq) – Rahibə İsmayılova (Gürcüstan)

Marjona Savriyeva (50 kq) – İrina Vinaradava (Belarus)

16 noyabr

1/4 final

Tural Sarıyev (48 kq) – Padraiq Dovney (İrlandiya)

Qeyd edək ki, yarışın final döyüşləri noyabrın 19-da olacaq. Çempionatda 33 komandanın 299 (202 kişi, 97 qadın) boksçusu mübarizə aparacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!