Azərbaycanın yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Taleh Məmmədov Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında finala yüksəliblər.
Yenisabah.az xəbər verir ki, Eldəniz Əzizli 55 kq çəki dərəcəsində yarımfinalda Denis Mihayla (Rumıniya) qarşılaşıb və 9:1 hesabı ilə üstün olub. Onun finaldakı rəqibi Adem Uzun (Türkiyə) olacaq.
Taleh Məmmədov isə 63 kq çəki dərəcəsində yarımfinalda Qraçya Poqosyanı (Ermənistan) sınağa çəkib. pizza
Məmmədov bunadək 2 dəfə məğlub etdiyi erməni güləşçiyə yenə öz gücünü göstərib. Rəqibinə 5:1 hesabı ilə qalib gələn Azərbaycan idmançısı adını finala yazdırıb. O, qızıl medal uğrunda görüşdə Leri Abuladze (Gürcüstan) ilə üz-üzə gələcək.
Telegram kanalımız