Azərbaycanın daha bir sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Yenisabah.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vasile Diakona (Moldova) 4-1 hesabı ilə qalib gəlib.
Daha əvvəl Əliabbas Rzazadə (57 kq) də qızıl medal uğrunda görüşə vəsiqə qazanıb. Pepperoni pizza
Bu gün, həmçinin, Səbuhi Əmiraslanov (79 kq) və Maqomedxan Maqomedov (97 kq) da yarımfinal görüşünə çıxacaqlar.
Telegram kanalımız