Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Yenisabah.az xəbər verir ki, 55 kq-da mübarizə aparan idmanşı Ermənistan təmsilçisi Rudik Mkrtçyanla qarşılaşıb.
Rəqibinə 7:3 hesabı ilə qalib gələn Əzizli 4 illik fasilədən sonra finala vəsiqə qazanıb. pizza hut
Eldəniz Əzizlidən sonra Taleh Məmmədov da erməni rəqibini məğlub edərək finala vəsiqə qazanıb. Güləşçimiz Hraçya Poqosyanla görüşdə hesabda geri düşməsinə baxmayaraq sonda qələbə qazanmağı bacarıb - 3:1.
Telegram kanalımız