Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Yenisabah.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən 35 yaşlı idmançı finala gedən yolda polşalı Anna Lukasyakla qarşılaşıb.
Rəqibinə 9:0 hesabı ilə qalib gələn Stadnik həlledici qarşılaşmaya vəsiqə qazanıb. Ukrayna əsilli səkkizqat Avropa çempionunun finaldakı rəqibi həmyerlisi Oksana Livaç (Ukrayna) olacaq. pizza hut
Telegram kanalımız