Azərbaycan yunan-Roma güləşçisi Beka Kandelaki Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Yenisabah.az xəbər verir ki, 130 kq çəki dərəcəsində rəqib yerli pəhləvan Dariuş Attila Vitek olub. Görüş Vitekin qələbəsi ilə yekunlaşıb - 4:1.
Beləliklə, Azərbaycan yunan-Roma güləşçiləri günü 4 medalla başa vurub. Yığma üzvlərindən Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb. pizza
Telegram kanalımız