Avropa çempionatında erməni təxribatı

saytların hazırlanması

Evə çatdırılma

Avropa çempionatında erməni təxribatı

İdman

01 Aprel 2022 20:06 582


Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədova qarşı Ermənistan təmsilçisi Hraçya Poqosyan təxribata əl atıb.

Güləş Federasiyasından Yenisabah.az-a verilən məlumata görə, məğlubiyyəti həmz edə bilməyən erməni idmançı Məmmədovun üzünə zərbə endirərək onu itələyib.

Belə ki, idmançımızın peşəkarlığı sayəsində təxribatın qarşısı alınıb. Qələbəmizi qeyd edən Məmmədov Poqosyan və məşqçinin qarşısında salto vurub. İdmançı bununla rəqibin təxribatına cavab verib. pizza mizza

Qeyd edək ki, Hraçya Poqosyana 3:1 hesabı ilə qalib gələn Taleh Məmmədov finala vəsiqə qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Leri Abduladze ilə görüşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!