Avropa çempionatının ilk günündə Azərbaycan himni 4 dəfə səsləndi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Avropa çempionatının ilk günündə Azərbaycan himni 4 dəfə səsləndi - Fotolar

İdman

23 İyun 2023 01:10 1120


Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan cüdoçuları 4 qızıl və 1 bürünc medal əldə edib.

Yenisabah.az xəbər verir ki, turnirin ilk günündə 6 çəki dərəcəsində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Oğlanlar arasında Məhəmməd Məmişov (-50 kq), Mirxaliq İskəndərov (-55 kq), Məhəmməd Musayev (-60 kq), qızlar arasında isə Vüsalə Hacıyeva (-48 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. pizza hut

Həmçinin oğlanlar arasında Əhməd Rüstəmov (-50 kq) çempionatın bürünc medalını qazanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!