Avropa çempionatının ilk qolunu Azərbaycanda oynamış futbolçu vurdu

saytların hazırlanması

Evə çatdırılma

Avropa çempionatının ilk qolunu Azərbaycanda oynamış futbolçu vurdu

İdman

21 İyun 2023 21:55 981


21 yaşadək futbolçular arasında bu gün start götürən Avropa çempionatının ilk qolunu ötən mövsümü icarə əsasında “Sabah”da keçirmiş Ukrayna millisinin futbolçusu Aleksey Kaşuk vurub.

“Report”un məlumatına görə, 23 yaşlı hücumameylli yarımmüdafiəçi Xorvatiya yığması ilə matçın 19-cu dəqiqəsində fərqlənib. O, Artyom Bondarenkonun ötürməsini qola çevirib.

Qeyd edək ki, müqavilə ilə ölkəsinin “Şaxtyor” (Donetsk) klubuna məxsus olan Aleksey Kaşuk ötən mövsüm “Sabah”ın heyətində 31 çempionat oyununda 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!