Avropa İttifaqı Ermənistana 33 milyon qrant ayırdı

saytların hazırlanması

Evə çatdırılma

Avropa İttifaqı Ermənistana 33 milyon qrant ayırdı

Maraqlı

20 Oktyabr 2022 12:21 1319


“Avropa İttifaqı Ermənistana inklüziv və davamlı sosial-iqtisadi yenidənqurma və inkişaf üçün 23 milyon avro qrant dəstəyi verəcək”.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə hökumətin iclasında “Ermənistan üçün Avropa İttifaqının Dayanıqlılıq Aləti” maliyyələşdirmə sazişini təqdim edən Baş nazirin müavini Mher Qriqoryan bildirib.

Baş nazirin müavini əlavə edib ki, proqramın birinci komponenti çərçivəsində Sünik (Zəngəzur) mərzində mövcud müəssisələrin yaradılması Ermənistanın inkişafı və bərpasına dəstək verəcək. pizza hut

"Bu komponent çərçivəsində 1,500-ə yaxın mikro, kiçik və orta sahibkarlıq subyekti və fərdi sahibkar biznesin məhsuldarlığını artırmaq, habelə Aİ bazarına ixracı təşviq etmək məqsədilə potensialın gücləndirilməsi dəstəyi ilə qrantlar alacağıq", - o bildirib.

Mher Qriqoryanın sözlərinə görə, qadınlar və gənclər arasında biznes imkanlarının inkişafı və biznes təşəbbüslərinin maliyyələşdirilməsinə ünvanlı dəstək göstəriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!