Avropa İttifaqı Ermənistana mülki missiya göndərir 

saytların hazırlanması

Evə çatdırılma

Avropa İttifaqı Ermənistana mülki missiya göndərir 

Maraqlı

11 Oktyabr 2022 18:00 962


Avropa İttifaqına üzv ölkələrin səfirləri Ermənistana mülki missiya göndərmək barədə razılığa gəliblər. Müvafiq qərar Siyasət və Təhlükəsizlik Komissiyasının qapalı iclasında qəbul edilib.

Yenisabah.az xəbər verir ki, “Azadlıq” radiosunun erməni xidmətinin (“Azatutyun”) məlumatına görə, missiya Azərbaycanla sərhəddə yerləşdiriləcək. Onun məqsədi etimad yaratmaq, eləcə də sərhədlərin delimitasiyası prosesini təşviq etməkdir.

“Hazırda icra detalları müzakirə olunur. Məsələn, Ermənistanda nə qədər nümayəndə olacaq, hansı ölkələrdən və nə vaxt gələcək?”, - radio qeyd edib. Sezar pizza

“Buna baxmayaraq, missiyanın gələcəyi aydındır”, - Brüsseldəki diplomatik mənbə radioya bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!