Avropa İttifaqından Ermənistana 1,6 milyard avro yardım

saytların hazırlanması

Evə çatdırılma

Avropa İttifaqından Ermənistana 1,6 milyard avro yardım

Rəsmi

09 İyul 2021 13:58 1097


“İqtisadiyyatın rəqəmsallaşdırılması və yaşıl iqtisadiyyata keçid proqramlarını sürətlə həyata keçirmək, ən əsası, bölgənin Aİ ilə yaxınlaşmasını sürətləndirə biləcək Avropa bazarları və Avropa iqtisadiyyatı ilə ticarət əlaqələri yaratmaq istəyirik”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhe bildirib.

İrəvanda səfərdə olan Aİ komissarı deyib: “Ermənistan məsələsində vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirə və iqtisadiyyatı gücləndirə biləcək beş prioritet sahə təklif edirik. Proqramımız nəqliyyat əlaqələrinin inkişafı, cənub bölgələrinin dayanıqlığının gücləndirilməsi, enerjiyə qənaət və bərpa olunan enerjinin inkişafı, habelə rəqəmsal islahat, kiçik və orta sahibkarlığa dəstək daxildir. Bu proqramlar üçün Aİ 4 il müddətinə 1,6 milyard avro ayırır. Ümumiyyətlə, bütün bölgə üçün 2,3 milyard avro dəyərində qrant veririk. Proqramın ortaqlarımızla birlikdə həyata keçirilməsi nəticəsində bütün bölgə üçün 17 milyard avro həcmində investisiya cəlb etmək mümkün olacaq”. Marqarita pizza

Oliver Varhe Aİ-nin yaxın vaxtlarda Qarabağ münaqişəsi qurbanlarına veriləcək 9-10 milyon avro məbləğində yardım ayırdığını xatırladıb. “Aİ münaqişədən sonrakı vəziyyətə, ilk növbədə, humanitar böhranın aradan qaldırılması və münaqişədən təsirlənmiş bölgədə, eləcə də ətraf bölgələrdə iqtisadi bərpa məsələsində inam yaratmaqda fəal rol oynamağa hazırdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!