Avropa klubları millimizin hücumçusu Ramil Şeydayevlə maraqlanır

saytların hazırlanması

Evə çatdırılma

Avropa klubları millimizin hücumçusu Ramil Şeydayevlə maraqlanır

İdman

04 Fevral 2021 15:36 868


Yığmanın və "Sabah"ın hücumçusu Ramil Şeydayev karyerasını yenidən ölkə xaricində davam etdirmək fürsəti əldə edib.

Yenisabah.az xəbər verir ki, ona Cənubi Kipr və Yunanıstandan təkliflər gəlib.

Son vaxtlar "Sabah"da əsas heyətə düşməyən forvardın məsələsi ilə AFFA rəhbərliyinə yaxın menecerlər məşğuldur. pizza

Şeydayevin Masazır təmsilçisi ilə müqaviləsi birillikdir. Yəqin ki, «Sabah» mövsümün sonunda ona yeni anlaşma şərtləri təklif etməyəcək.

Millinin baş məşqçisi Canni De Byazinin sözüylə hərəkətə keçən menecerlər Ramilin xidmətini Avropanın bir neçə ortabab çempionatının iştirakçılaarıına təklif edib.

Azərbaycanlı hücumçu ilə yalnız Cənubi Kipr və Yunanıstandan olan klublar ciddi maraqlanır. İndi buradja son söz yenə Şeydayevindir.

O, maliyyə məsələsində güzəştə gedəcəkmi? Bax, əsas sual elə budur.

Sportinfo-nun yazdığına görə, onun Azərbaycanda illik qazancı 220 min dollar təşkil edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!