Avropa Komissiyası (AK) Qarabağdan olan könüllü köçkünlərə humanitar yardımın həcmini təxminən 1,7 milyon avro artırmaq qərarına gəlib.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının böhranların idarə edilməsi üzrə üzvü Yanez Lenarçiç danışıb.
"Yeni maliyyə vəsaiti köçkünlərə pul köçürmələri, mənzil, ərzaq təhlükəsizliyi və dolanışıq vasitələri, müdafiə və sağlamlıq yardımı göstərməklə Aİ-nin mövcud humanitar yardımını daha da gücləndirəcək", - AK-nin press-relizində deyilir. Dördpendirli pizza
Brüssel qeyd edir ki, bu vəsait ayrılması AK tərəfindən böhranla əlaqədar artıq elan edilmiş 10,45 milyon avronu tamamlayır və 2023-cü ildə ümumi humanitar maliyyəni 12 milyon avrodan çox təşkil edir.
Telegram kanalımız