Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayen Minskdəki təyyarə ilə bağlı insidenti qəbuledilməz adlandırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Avropa Komissiyasının rəhbəri bütün sərnişinlərin Vilnüsə qayıtmasının təmin edilməli olduğunu bildirib. Dominos pizza
Qeyd edək ki, Belarusda axtarışda olan jurnalist Roman Protaseviçin də içində olduğu təyyarə bu gün Minskə təcili eniş edib. Jurnalist həbs edilib. Təyyarənin bomba təhlükəsi səbəbilə Minskə eniş etdiyi qeyd olunur.
Telegram kanalımız