Avropa Liqası pley-off: “Qarabağ”dan inamlı səfər qələbəsi

saytların hazırlanması

Evə çatdırılma

Avropa Liqası pley-off: “Qarabağ”dan inamlı səfər qələbəsi

İdman

25 Avqust 2023 00:06 3670


"Qarabağ" bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyununa çıxıb.

Yenisabah.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Sloveniya "Olimpiya"sı ilə qarşılaşıb. Matç "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ” “Olimpiya” ilə 2018-ci ildə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində də qarşılaşıb və rəqibi üstələyib. Səfərdəki ilk oyunda Ağdam təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb, cavab oyunu heç-heçə (0:0) nəticələnib. Dördpendirli pizza

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 31-i keçiriləcək.

24 avqust

22:00. "Olimpiya" (Sloveniya) - "Qarabağ" - 0:2 

Qollar: Kevin Medina, 33, Leandro Andrade, 44 

Qırmızı vərəqə: David Sualehe, 90+5 ("Olimpiya")

Baş hakim: Georgi Nikolov Kabakov (Bolqarıstan)

"Stozice" stadionu, Lyublyana


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!