"Qarabağ" bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirib.
Yenisabah.az xəbər verir ki, "köhlən atlar" III təsnifat mərhələsinin ilk matçında Bakıda Finlandiyanın HİK komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 17-də keçiriləcək. pizza
20:00. “Qarabağ” – HİK (Finlandiya) - 2:1
Qollar: Leandro Andrade, 55, Juninyo, 85 - Antoni Olusanya, 77
Qeydə alınmayan qol: Marko Yankoviç, 4 (VAR)
Baş hakim: Roi Reinshreiber (İsrail)
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu
Telegram kanalımız