Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
"Yeni Sabah" xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə cütlərin tərkibi müəyyənləşib.
1/8 finala yüksələn 15 komanda və cavab oyunu bu gün keçiriləcək bir cüt iştirak edib.
Püşkatma zamanı klublar səpələnmişlər və səpələnməmişlər səbətlərinə ayrılmayıb.
Türkiyə təmsilçisi "Başakşəhər"in də rəqibi bəlli olub. İstanbul klubu Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşacaq.
Avropa Liqası
1/8 final
"Başakşəhər" (Türkiyə) - "Kopenhagen" (Danimarka)
"Olimpiakos" (Yunanıstan) - "Vulverhempton" (İngiltərə)
"Reyncers" (Şotlandiya) - "Bayer" (Almaniya)
"Volfsburq" (Almaniya) - "Şaxtyor" (Ukrayna)
"İnter" (İtaliya) - "Xetafe" (İspaniya)
"Sevilya" (İspaniya) - "Roma" (İtaliya)
"Zalsburq" (Avstriya) / "Ayntraxt" (Almaniya) cütünün qalibi - "Bazel" (İsveçrə)
LASK (Avstriya) - "Mançester Yunayted" (İngiltərə)
Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 12-də, cavab görüşləri martın 19-da olacaq. Telegram kanalımız