Avropa Liqasında pley-off mərhələsi davam edir.
Yenisabah.az xəbər verir ki, üçüncü oyun günündə daha 8 matç keçiriləcək.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" (Polşa) səfərdə "Slaviya" (Praqa) ilə qarşılaşacaq. pizza sifarişi
Türkiyə komandası "Qalatasaray" Danimarkada "Randers"lə, "Fənərbağça" isə İstanbulda HİK ilə üz-üzə gələcək.
Avropa Liqası, pley-off mərhələsi, ilk oyun
21:00. “Omoniya” (Kipr) - “Antverpen” (Belçika)
21:00. “Randers” (Danimarka) - “Qalatasaray” (Türkiyə)
21:00. “Slaviya” (Praqa, Çexiya) - “Legiya” (Varşava, Polşa)
22:00. “Mura” (Sloveniya) - “Şturm” (Avstriya)
22:45. "Fənərbağça" (Türkiyə) - HİK (Finlandiya)
23:00. “Olimpiakos” (Yunanıstan) - “Slovan” (Slovakiya)
23:00. “Reyncers” (Şotlandiya) - “Alaşkert” (Ermənistan)
23:00. “Rapid” (Avstriya) - “Zarya” (Ukrayna)
Mehri Qurban
Telegram kanalımız