Avropa Liqasında pley-off   - Cütlüklər bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Avropa Liqasında pley-off - Cütlüklər bəlli oldu

İdman

07 Noyabr 2022 16:30 1281


Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, tədbir UEFA-nın Nyon şəhərindəki qərargahında təşkil olunub.

Avropa Liqasının pley-off mərhələsində öz qruplarında ikinci yeri tutan komandalar Çempionlar Liqasında 3-cü yerin sahibləri ilə qarşılaşacaqlar. Toyuqlu pizza

UEFA Avropa Liqası

Pley-off mərhələsi

"Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

"Yuventus" (İtaliya) - "Nant" (Fransa)

"Sportinq" (Portuqaliya) - "Midtüllan" (Danimarka)

"Şaxtyor" Donetsk (Ukrayna) - "Renn" (Fransa)

"Ayaks" (Niderland) - "Union" (Berlin, Almaniya)

"Bayer" (Leverkuzen, Almaniya) - "Monako" (Fransa)

"Sevilya" (İspaniya) - PSV (Niderland)

"Zalsburq" (Avstriya) - "Roma" (İtaliya)

Qeyd edək ki, Avroliqada pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!