Avropa Liqasının 1/16 final mərhələsində keçirilməli olan cavab oyunu təxirə salınıb.
"Yeni Sabah" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, güclü fırtına xəbərdarlığı Avstriya "Zalstburq"u ilə Almaniyanın "Ayntraxt" klubunun qarşılaşmasının təxirə salınmasına səbəb olub.
Şəhərdə küləyin sürətinin saatda 120 km-ə çatacağı gözlənilir. Buna görə matçın oynanılmamasına qərar verilib. Qarşılaşmanın yeni tarixi barədə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, Frankfurtdakı ilk görüşdə "Ayntraxt" rəqibini 4:1 hesabı ilə məğlub etmişdi. Telegram kanalımız