Avropa Liqasının oyununda meydana paltarsız girən şəxs həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Avropa Liqasının oyununda meydana paltarsız girən şəxs həbs olundu

İdman

22 Aprel 2021 22:01 906


İspaniyanın "Qranada" və İngiltərənin "Mançester Yunayted" klubları arasında UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk matçında (0:2) meydana paltarsız girən iş adamı Olmo Qarsiya həbs olunub.

Yenisabah.az "Marca" nəşrinə istinadən xəbər verir ki, buna Qarsiyanın analoji hərəkəti Qranada şəhərindəki məktəblərdən birinin qarşısında təkrarlaması olub.

Hadisə bu gün səhər saatlarında baş verib. Onun yetkinlik yaşına çatmamış uşaqların qarşısına paltarsız çıxması görənləri təşvişə salıb. Dərhal polisə xəbər verən ətrafdakı insanlar Qarsiyanın saxlanılmasına nail olublar. İspaniyalı iş adamının barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Dördpendirli pizza

Qeyd edək ki, Olmo Qarsiya Qranadada idman qidasının satışı ilə məşğuldur./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!