Avropa Oyunları: Azərbaycan karateçisi finala yüksəldi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Avropa Oyunları: Azərbaycan karateçisi finala yüksəldi - Foto

İdman

22 İyun 2023 19:53 780


Azərbaycan karateçisi Tural Ağalarzadə Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

"Report"un Krakova ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 67 kq-da yarışan idmançı finala gedən yolda polşalı Miloş Sabyetskini sınağa çəkib.

Rəqibinə 4:3 hesabı ilə qalib gələn Ağalarzadə adını həlledici qarşılaşmaya yazdırıb. Onun finaldakı rəqibi Dionisios Ksenos (Yunanıstan) - Stefan Komanesku (Rumıniya) cütünün qalibi olacaq. pizza sifarişi

Qeyd edək ki, Tural Ağalarzadənin görüşü Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, gənclər və idman nazirinin müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da izləyiblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!