Avropa Oyunları: Azərbaycan medal sıralamasında mövqeyini qoruyub

saytların hazırlanması

Evə çatdırılma

Avropa Oyunları: Azərbaycan medal sıralamasında mövqeyini qoruyub

İdman

24 İyun 2023 00:36 938


Polşada keçirilən III Avropa Oyunlarının dördüncü günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 5-ə yüksəlib.

Yenisabah.az xəbər verir ki, medallardan 2-si qızıl, 1-i gümüş, 2-si isə bürünc əyarlıdır.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 10-cu pillədə qərarlaşaraq əvvəlki mövqeyini qoruyub. pizza hut

İlk 4 sırada medal əyarına görə müvafiq olaraq, İspaniya (9 qızıl, 5 gümüş, 4 bürünc), İtaliya (8 qızıl, 8 gümüş, 9 bürünc), Polşa (6 qızıl, 2 gümüş, 4 bürünc) və Ukrayna (5 qızıl, 3 gümüş, 3 bürünc) yer alıb.

İndiyədək ümumilikdə 34 ölkə medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 2 növdə – karate (2 qızıl, 1 bürünc) və taekvondoda (1 gümüş, 1 bürünc) əldə edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!