Avropa Oyunlarının açılış mərasimi üçün promo-video təqdim olunub

saytların hazırlanması

Evə çatdırılma

Avropa Oyunlarının açılış mərasimi üçün promo-video təqdim olunub

İdman

18 İyun 2019 13:16 1298


“Minsk 2019” II Avropa Oyunlarının açılış mərasimi üçün promo-video təqdim olunub.

"Yeni Sabah" xəbər verir ki, yarışın açılış mərasimi iyunun 21-də 22 min azarkeş tutumuna malik "Dinamo" Milli Olimpiya Stadionunda keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Açılış mərasiminə qazaxıstanlı Dimaş Kudaybergen və rusiyalı Anna Netrebko kimi tanınmış müğənnilər qatılacaqlar. Həmçinin artırılmış reallıq texnologiyasından da istifadə olunacaq. Yeni texnologiya sayəsində virtual obyektlər reallığın bir hissəsi olacaq. pizza hut

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. I Avropa Oyunları 2015-ci il 12 - 28 iyunda Bakıda təşkil olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!