Avropada içməli su ehtiyatları tükənir - Alimlərdən XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Avropada içməli su ehtiyatları tükənir - Alimlərdən XƏBƏRDARLIQ

Dünya

29 Noyabr 2025 20:09 894


Avropanın su ehtiyatları qlobal istiləşmə səbəbindən tükənir, bu da ciddi və uzunmüddətli nəticələrə səbəb ola bilər.

Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə London Universitet Kollecinin (UCL) alimlərinin tədqiqat nəticələrinə əsasən məlumat yayılıb.

"Avropanın nəhəng su ehtiyatları quruyur. 20 illik peyk məlumatlarına əsaslanan yeni təhlil göstərir ki, içməli su ehtiyatları Cənubi və Mərkəzi Avropanın hər yerində - İspaniya və İtaliyadan Polşaya və Böyük Britaniyanın bir hissəsinə qədər azalır", - deyə mütəxəssislər bildiriblər. Dominos pizza

Qeyd olunur ki, hazırda Avropada güclü disbalans müşahidə olunur. Şimaldakı ərazilər getdikcə daha rütubətli olur, cənubdakı böyük ərazilər isə, o cümlədən İspaniya, İtaliya, Fransa, İsveçrə, Almaniya, Rumıniya və Ukrayna hissələri isə quruyur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!